İnter PFK və milli yığma komandamızın yarım müdafiyəçisi Aleksandr Çertekanov qarşıdakı oyun zədəsi haqqında bizlərə danışdı. Milli yığma komanda da hər şey yaxşıdır.Məşqlərə çıxıb öz taktiki və fiziki hazırlığımız üzərində işləyirik.Düzdü məndə bir az problem var ona görədə tam qüvvəmlə məşq edə bilmirəm.Mən zədəni hələ Xəzər Lənkaranla oyun öncəsi almışdım.İş ondadır kı Xəzər Lənkaranla oyun hazırlığı zamanı Zabrat stadionunda ot örtüyü elə də ideal olmadığından ayağım büdrəmişdi və ağrılar yaranmışdır ayağımda buna görə də oyunu burxmalı oldum. Amma düşünmürəm ki Neftçi ilə oyuna çıxmağa bu zədə mənə manə olacaq.Mən bu oyuna çempionatın ən ağır oyunlarından biri hesab edirəm bildiyiniz kimi Neftçi son zamanlar kifayət qədər güclənib və İnterdə çempionluğa oynayır.Mən bu kluba nəyin ki qalib gəlməliyiəm biz buna borcluyam.Burda prinsipiyalıqdan söz getmir sadəcə İnter çempionluq yolunda hər 1 xalın qədrini bilməlidir. Ağır məşq qrafiki məni heç də yormur.Mən artıq öyrəşmişəm bu cür ağır məşqlərə.Peşəkar futbolçu bütün bunlara hazır olmalıdır.Baş məşqçi Berti Foqs da başa düşür ki oyunçular çempionata da oynayır ona görədə elə də bizi ağır məşqlərlə yükləmir.Düşünürəm ki oyunçularda 4 cü tura hazır olacaq.Hər halda milli düşərgəsində olan hər bir oyunçu yeni enerji alır.
|