Neçə gündür ki,onunla görüşüb söhbət etmək istəyirdim,lakin futbolçunun milli komandasının heyətinə çağırıldığı üçün arzumu reallaşdıra bilmirdim.Nəhayət bu gün "İnter” komandasının axşam məşqindən sonra arzum gerçəkləşdi.Bu günki müsahibim "İnter” və Estoniya milli komandasının yarımmüdafiəçisi Dmitriy Kruqlovdur.
- Dima nesən? Komandada vəziyyət necədir,kollektivə uyğunlaşa bilmisən?
- Komandada işlərim yaxşı gedir.”İnter” komandasına transver olunmamışdan öncə komandanın əksər üzvlərini tanıyırdım və buna görə də kollektivə uyğunlaşmada heç bir problem olmadı.
- Çempionatın birinci turunda sən "İnter” komandasının heyətində ilk qolunu vurdun.Qol epizodunu necə xatırlayırsan?
- Təbii ki,mən komandaya qələbələr qazanmaq üçün gəlmişəm.Buna görə də hər oyunda komandamın qələbə qazanması üçün bütün varlığımla əlimdən gələni etməyə hazıram.Qol epizoduna gəlincə isə sağ cinahdan David Odikadze rəqibin cərimə meydançasına hava ötürməsi verdi,mən isə öz növbəmdə topu sinəmlə saxlayıb qapının uzaq küncünə qüvvətli zərbə endirdim.
- Ümumiyyətlə "Turan” komandasına qarşı oyun necə keçdi?
- Çempionatın ilk oyunu olduğu üçün bu oyunda qələbə qazanmaq vaacib idi.Oyun heç də asan keçmədi, lakin komanda qələbə qazandığı üçün demək olar ki,biz məqsədimizə çatdıq.
- İkinci turda”İnter” evdə "MOİK” komandasını qəbul edəcək..Bu oyuna hazırlıq necə keçir?
- Bu oyuna həmişəki kimi hazırlaşırıq.Milli komandalarına çağırılan oyunçuların hamısı bu gün "İnter”in heyətinə qayıdıb və komanda plan üzrə ikinci tura hazırlaşır.
- Sən Estoniya milli komandasına çağırılmışdın və milli komandanın heyətində yoldaşlıq oyununda qələbə qazandın.Milli komandaya çağırılmağın sənə nə verdi?
- Milli komandanın şərəfini qorumaq hər bir futbolçunun arzusudur və mən Estoniya milli komandasının şərəfini qoruduğum üçün fəxr edirəm.Milli komandaya çağırılmaq beynalxalq təcrübənin artırılması deməkdir.Milli komandanın heyətində qələbə qazanmaq mənə çempionatda uğurlu çıxış etmək üçün əlavə stimul və güc verdi.
- "İnter” komandasının azarkeşləri bu mövsün sevimli komandalarından nə gözləsinlər?
- Biz bu mövsüm məzmunlu və məhsuldar oyun sərgiləməklə uğurlu nəticələr əldə edib azarkeşlərimizi sevindirməyə çalışacayıq.
- Komandanızın fanatlarına sözünüz var?
- Mənim arzum odur ki,azarkeşlərimizin sayı artsın və onlar ev və səfər oyunlarıda daim bizi dəstəkləsinlər.Biz birlikdə güclüyük.Yalnız belə olan halda komanda uğurlu nəticələr əldə edə bilər.
mənbə interfan.az
|