Avropa Liqasının II təsnifat mərhələsində uğursuz
çıxışdan sonra "Xəzər Lənkəran”ın transferə çıxardığı Dieqo Souzaya
təklif gəlib.Braziliyalı
yarımmüdafiəçi karyerasını yenə ölkəmizdə davam etdirə bilər.
23 yaşlı futbolçu ilə Bakının "İnter" klubu maraqlanır. Artıq tərfələr arasında ilkin danışıqlar da olub.
Yarımmüdafiəçinin "ağ-yaşıllar”la müqaviləsi qüvvədə olduğu üçün "İnter”
futbolçu ilə yanaşı, onun klubunu da razı salmalıdır. Yəni, "bankirlər”
bu transferin qarşılığında "Xəzər Lənkəran"a müəyyən məbləğ ödəməlidir.
Qeyd edək ki, Dieqo Souza "Xəzər Lənkəran"ın ən köhnə legioneridir.
Ağasəlim Mircavadov baş məşqçi olduğu zaman komandaya gətirilən Dieqo
İqor Ponomaryov və Rasim Karanın vaxtında da əsas heyət futbolçusu olub.
Xatırladaq ki, Dieqo ilə birgə Azərbaycana gəlmiş Mario Souza da "Xəzər Lənkəran”ı "İnter"ə dəyişmişdi. Mənbə:apasport.az
|