"İnter"in gürcüstanlı yarimmüdafiyəçisi David Odikadze İnter Fan Klubunun rəsmi veb saytı olan interfan.az saytına müsahibə vermişdir.Müsahibəni sizlərə təqdim edirik. Çempionlar Liqasının təfsinat mərhələsində "İnter” Polşanın "Lex” komandasına evdə məğlub olsa da səfərdə eyni hesabla polşalıları məğlub etdi,lakin mərhələ adlayan rəqib komanda oldu.Mərhələ adlamaq üçün komandaya nə çatmadı? Mərhələ adlamaq üçün bizim ancaq bəxtimiz gətirmədi.Bakıdakı oyunda məğlub olmağımıza baxmayaraq biz hər iki oyunda rəqibdən üstün futbol sərgilədik.Oyuna görə "İnter” mərhələ adlamağa layiq idi.Sonda hər şey penalti seriyalarında həll olundu.Penaltilər seriyasında bəxt rəqibin üzünə güldü.
- Çempionat bitəndən sonra "İnter”i bir çox futbolçular tərk etdi və onların əvəzinə yeni futbolçular gətirildi.Sizin fikrinizcə keçən mövsüm ilə müqaisə edəndə "İnter”komandası güclənib?
- Mösümlərarası fasilədə komandamızın heyətinə çox yaxşı və güclü futbolçular gətirildi və sözsüz ki,keçən mövsüm ilə müqaisə edəndə "İnter” komandası güclənib.
- Çempionatın ilk turunda komandanız səfərdə "Turan” üzərində inamlı qələbə qazandı.Komandanız üçün oyun necə keçdi?
- Bu oyundan qabaq rəqib komandanın üzvləri hər yerdə deyirdilər ki,”İnter” komandasını Tovuzdan əliboş yola salacayıq.Buna görə səfərdə qələbə qazanmaq istəyimiz birə beş artmışdı.Oyunun 17-ci dəqiqəsindən sonra hesab 3:0 "İnter”in xeyirinə idi.Bundan sonra komanda yoldaşlarımda arxayınçılıq yarandı,lakin biz bu hesabı qoruya bildik və qələbə qazandıq.
- II-ci turda "MOİK” komandası ilə görüşəcəksiniz.Bu oyuna hazırlıq necə kecir?
- Bizim üçün rəqibin hansı komanda olması fərq eləmir.Biz bütün komandalara hörmətlə yanaşırıq və bilirik ki,çempiona qarşı bütün komandalar ikiqat əzmlə mübarizə aparır.Bu oyuna da həmişəki kimi hazırlaşırıq.
- "MOİK” komandası ilə oyunda "İnter”dən nə gözləyək?
- Biz qələbə qazanmaq üçün meydana çıxacayıq.Gözəl futbol sərgiləyib qələbə qazanacağımızı düşünürəm.
- "İnter” komandasının fanatlarına sözün var?
- İlk növbədə bizə dəstək olduqları üçün mən komandamızın fanatlarına dərin təşşəkkürümü bildirirəm.Biz meydana azarkeşlər üçün çıxırıq.Qoy fanatlarımız komandanı dəstəkləsinlər biz isə öz növbəmizdə qazandığımız uğurlar ilə onları sevindirməyə davam edəcəyik.
|