Bir müddət əvvəl agligoylu.tk adı ilə fəaliyyət göstərən İnter Azarkeş saytı müəyyən səbəbdən fəaliyyətini dayandırmışdır.Lakin Sankt Peterburqda yaşayan bir gənc bu sayta yenidən həyat verdi.Yeni adda və yeni ampulada artıq bu gündən bu sayt bankirlar.tk adı altında fəaliyyətini davam etdirəcək. Bu saytın nə klub nə də fan klubla heç bir əlaqəsi olmayacaq.Burda yalnız İnter futbol klubu haqqında baş verən hər bir xəbər yerləşdiriləcək eləcə də Azarkeş Yazılarıda dərc olunacaq.Bu saytın başqa xüsusiyyəti ondan ibarət olacaq ki saytda elə ana səhifədə rus dilində də xəbərlər yerləşdiriləcək.Çünki bu saytın baş redaktoru olan Sahil Nəsib Sankt Peterburqda yaşayır və bu saytın bütün hüquqlarını keçmiş redaktor Oktay Ağazadədən alıb.Saytda Sahildən başqa Samir Fərəczadə də işləyəcək və sizləri maraqlı köşə yazıları ilə sevindirəcək.Saytın keçmiş heyyətindən yalnız Vüsalə Əliyeva qalıb bu İnter azarkeşi olan xanım saytımızda ən çox klub xəbərləri bölməsinə nəzarət edəcək. Beləliklə yenidən İnter Azarkeşlərinin gözü bizdə olacaq.
|