Rusiyada keçiriləcək ənənəvi "Birlik kuboku” turnirində Azərbaycan çempionu "İnter”in rəqiblərindən olan Qazaxıstanın "Tobol” klubu ciddi problemlərlə üzləşib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu hələ mövsümün gedişində baş məşqçi Ravil Sabitov və oyunçular arasında yaşanan münaqişənin davamından əziyyət çəkir. Hələ də çalışdırıcını bağışlamayan futbolçuların dekabrın sonunda baş tutacaq təlim-məşq toplanışına da qatılmaq fikrindən uzaqdırlar. Sabitov isə ciddi islahatlar aparmaq fikrindədir. O, Sankt-Peterburqda təşkil olunacaq yarışda sınamaq üçün baxışa 10 yeni legionerə təklif göndərib. Qeyd edək ki, sayca XIX olan "Birlik kuboku” gələn il yanvarın 14-dən 23-dək keçiriləcək.
|