"İnter” komandasının hücumçusu Baçana Sxadadze "Turan” ilə və Unibank Premyer liqasınnın XV-ci turunda qarşılaşacaqları "Xəzər lənkaran” komandası ilə oyunları haqqında danışıb.
- "Turan” ilə oyun komandanız üçün necə keçdi? - Bu qarşılaşmada komandamız yaxşı oyun sərgilədi.Matçı sona qədər oynasaydıq daha yaxşı olardı.Mübahisəli qol epizoduna gəlincə deyə bilərəm ki,mən ötürmə üdən zaman rəqibin qapıçısına baxırdım və mənim fikrimcə top qapı xəttini keçmişdi.
- "Turan”ın ikinci hissədə meydana çıxmaması barədə nə deyə bilərsən? - Bu rəqib komandanın rəhbərliyinin qəbul etdiyi qərardır və bu qərara şərh bildirməyim düzgün olmazdı.Hakim bu gün oyunu normal idarə etdi.Vurduğumuz ikinci qol qeydə alınmasaydı belə "Turan”ı məğlub edəcəkdik.
- Üç gündən sonra "İnter” çətin Lənkaran səfərinə yollanır... - Məlum səbəblər üzündən kubok oyununda biz bir hissə oynasaq da "Xəzər Lənkaran” komandası 90 dəqiqə meydanda mübarizə apardı.Mən bunu komandamız üçün üstünlük saymıram.”Xəzər lənkaran” çox ciddi rəqibdir.Məhz buna görə də biz oyuna ciddi hazırlaşıb qarşılaşmaya böyük məsuliyyət hissi ilə çıxmalıyıq.Çempionatın ilk dövrəsində biz "Xəzər lənkaran”ı məğlub etmişik.Buna görə də onlar oyuna revanş hissi ilə çıxacaqlar.Rəqib öz meydanında gözəl futbol sərgiləyir və bu mövsüm doğma arenasında hələ ki,məğlub olmayıb.”Xəzər lənkaran” ilə oyunda meydana 3 xal üçün çıxacayıq.
- Azarkeşlərə sözün var?
Havaların soyuq olmasına baxmayaraq azarkeşlərimiz stadiona gəlib daim bizi dəstəkləyirlər.Daim bizimlə birgə olduqları üçün öz və komanda yoldaşlarımın adından azarkeşlərimizə minnətdarlığımı bildirirəm. interfan.az
|