"İnter”in çex legioneri Bronislav Çervenka "Qəbələ” matçı barədə fikirlərini açıqladı və "Rəvan”la keçiriləcək oyun haqqında düşüncələrini bizimlə bölüşdü.
-"Qəbələ” ilə matçda komandaya hesabda irəli çıxmaq müyəssər oldu, lakin "İnter” bu üstünlüyünü saxlaya bilmədi... - Düşünürəm ki, bərabər oyun oldu. Qeyd etmək yerinə düşərdi ki, bizə qarşı çox güclü komanda oynayırdı. Bizə hesabı açmaq mümkün oldu, biz bu üstünlüyü qorumağa çalışdıq və mümkün olduqda hücum etməyə cəhd göstərdik, ancaq, təəssüf ki, buna müyəssər olmadıq və "Qəbələ” hesabda tarazlıq yarada bildi. Zənnimcə, heç-heçə nəticə meydanda baş verənləri tamamilə əks etdirdi. -Lakin "Xəzər-Lənkəran” və "Neftçi” üzərində qələbədən sonra hamı "Qəbələ” ilə oyunda da "İnter”dən 3 xal gözləyirdi... -Bəli, biz də yalnız qələbəyə köklənmişdik, ancaq bu, qələbə qazanmağa çatmadı. Düşünürəm ki, növbəti 3 xalı qazanmaq üçün bir az bəxtimiz gətirmədi. Axı epizodda diqqətimizi itirməsəydik, o zaman qapımıza penalti təyin olunmazdı və nəzərimcə, qələbə hesabını qorumağı bacara bilərdik. -Mövsümün əvvəli komanda üçün o qədər uğurlu alınmadı, lakin sonradan "İnter” tam başqa nəticə göstərməyə başladı və sürət götürdü... -Bəli, mövsümün əvvəli bizim üçün uğursuz alındı. Bununla belə, komanda özünü itirmədi və yaranmış vəziyyətdən çıxmağa başladı. Potensial bizə artırmağa və irəliləməyə imkan verdi. Beləliklə biz xal toplamağa və nəticə göstərməyə başladıq. -Artıq bir neçə gündən sonra "İnter”i "Rəvan”la qarşılaşma gözləyir. Bu matç haqqında nə deyə bilərsən? -"Rəvan” hazırda pis olmayan nəticələrlə müşayiət edilən yaxşı futbol sərgiləyir. Bildiyim qədər son 4 oyunda onlar 3 qələbəyə nail olublar və bir dəfə sülh bağlayıblar. Bundan əlavə, biz səfərdə oynayacağıq ki, bu da tapşırığımızı bir qədər də çətinləşdirir. Bir sözlə, əminəm ki, bu komandayla oyun asasn olmayacaq. -Yeri gəlmişkən, "Rəvan” və "İnter” son zamanlar uğurlu oyunlarla xatırlanan iki komandadır. Sənin fikrincə, bazar günü hansı komandanın uğurlu seriyası dayandıracaq?
-Biz "Rəvan”ın uğurlu seriyasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik. Meydana yalnız qələbə üçün çıxacağıq və ümid edirəm ki, bu arzulanan nəticəni əldə etməyə müyəssər olacağıq.
inter.az
|