Çexiyalı yarımmüdafiəçi Branislav Çervenka "İnter” üçün adi legioner deyil. Komandada oynadığı 3 il ərzində o, komandanın bir hissəsinə çevrilib.
Bu gün Branislavın 35 yaşı tamam olur. Biz onu təbrik edərək, ad gününü necə keçirəcəyilə maraqlandıq.
-Ad gününü təbrik edirik! 35 yaşın tamam oldu-futbolçu üçün sanballı yaşdır. Daha nə qədər oynamağı planlaşdırırsan?
-Bilmirəm. Nə qədər gücüm və arzum var, o cümlədən səhhətim imkan verir oynayacağam. Başlıcası odur ki, sevimli klubum olan "İnter”ə xeyir verim. Bu, mənim üçün xüsusi komandadır.
-Artıq 4 ilə yaxındır ad gününü Azərbaycanda keçirirsən. Azərbaycanda keçirdiyin hansı ad günün yadında qalıb?
-Yox, ona görə ki, bütün bayramlarım yaxşı keçir. Hər il ad günümü dostlarımın kampaniyasında şən qeyd edirəm.
-Amma komanda dostların dünən səni qələbə ilə təbrik edə bilmədilər...
-Bəli, elə mən də özümü təbrik edə bilmədim. Amma eybi yoxdur, belə də olur. Əsas odur ki, ruhdan düşməyəsən və oynamağı davam etdirmək lazımdır.
-Bugünkü bayramını necə keçirəcəksən?
-Axşam mütləq dostlarımla qeyd edəcəyəm. Əlbəttə ki, ailəmlə-valideynlərimlə və həyat yoldaşım və övladımla birlikdə də ad günümü qeyd edəcəyəm.
|