Bu gün AFFA-nın inzibati binasında Azərbaycan Kubokunun püşkatma mərasimi keçirildi. 1/8 final mərhələsindən mübarizəyə başlayacaq "İnter” bu raunda Tovuzun "Turan” komandasıyla qarşılaşacaq. Qeyd edək ki, bu mərhələnin qalibini bir oyun müəyyənləşdirəcək. Püşkatmanın nəticələrinə əsasən meydan sahibi komandamız olacaq. "İnter”-"Turan” matçı noyabrın 30-da baş tutacaq.
Əlavə edək ki, növbəti mərhələyə adlayacaq təqdirdə komandamız bu komandalardan birilə üz-üzə gələcək: "Xəzər-Lənkəran”, "Qaradağ”, "Şuşa”.
|