Dünən keçirilən İnter Neftçi oyunundan sonra İnterin oyunçusu Asif Məmmədov www.agligoylu.tk müxbiri ilə müsahibədə bunları demişdir
Asif oyun haqda nə deyə bilərsən?
Hər şey göz qabağında idi İnter erkən qol vurdu və ağıllı taktika seçərək oyunu öz əlində saxlayırdı.Lakin baş hakimin verdiyi yersiz penalti hər şeyi korladı.Mən dəqiq deyə bilərəm ki o epizotda heç bir qanun pozuntusundan söhbət gedə bilməz.Ona qalsa cərimə meydançasında Nefçinin oyunçusu Rövşənin başına təpiklə zərbə endirdi bu qayda pozuntusu deyl?Sadəcə bu oyunda bizi hakim 3 xaldan etdi.
İnterin son zamanlar xal itirməsini nə ilə bağlayardın?
Birlik Kubokundan sonra oyunçularda bir az yorğunluq var buda öz sözünü oyunlarda deyir amma getdikcə İnter özünə gəlir və inanıram ki bundan sonra uğurları sıralayarıq.
Elə düşünmürsən ki İnter kuboka oynayır?
Xeyir mən bunla razı deyiləm İnter hər iki cəbhədə mübarizə aparır AZALı keçib finala çıxmaq isyəyirik bundan əlavə ən azından Avro Liqa vəsiqəsini özümüzə təmin etməliyik bunun üçün yetərincə vaxt və imkanımız var və hər sey öz əlimizdədi.İnanıram ki biz bunu bacararıq.
Gələn tur Xəzər Lənkaranla oyun olacaq bu haqda nə deyə bilərsən hər halda sənin keçmiş komandan olub?
Bu oyuna ciddi hazırlaşırıq yenə deyirəm İnter getdikcə özünə gəlir və yenə əvvəlki gücünü geri qaytarır.Xəzərlə oyunda uğur əldə edəcəyimizə inanıram komanda oyunu sərgiləyib meydana çıxıb 3 xalı qazanmaq lazımdır başqa heç nə.O ki qaldı keçmiş komandama qarşı oynamağıma.Baş məşqçi etimat edsə çıxıb meydana oynayacam mənim üçü heç bir prinsipiyal əhəmiyyət daşımır bu oyun sadə bir çempionat oyunu kimi baxıram
Rauf Həsənzadə wwww.agligoylu.tk
|