Главная » 2012 » May » 28 » Asif Məmmədov:"Əgər, Berti Foqts məni bəyənmirsə, nə edə bilərəm ki?"
22:53 Asif Məmmədov:"Əgər, Berti Foqts məni bəyənmirsə, nə edə bilərəm ki?" |
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədov müsahibəsində başa çatmış mövsüm və komandasının yeni transverləri barədə danışıb.
- "İnter”lə sənin hələ altı aylıq müqavillən var. Rəhbərlikdən müqavilənin müddətini artırmaq barədə təklif almısan? - Komandada qalacağım artıq bəllidir. Müddət az olduğu üçün müqavilə imzalanmalıdır. İnşallah, buna yaxın zaman da aydınlıq gələcək.
- Ötən mövsümü komandan üçün necə dəyərləndirərdin?
- "İnter” həm çempionat, həm də kubok oyunlarında pis təsir bağışlamadı. Komanda ilk startda qarşısına qoyduğu məqsədə nail oldu və Avroliqaya vəsiqəni təmin etdik.
- "İnter”in hücum xəttində problemər vardı. Səncə, yeni transfer Tales Şütslə bunu aradan qaldıra biləcəksiniz? - Tales pis futbolçu deyil. Əgər baş məşqçimiz Kaxaber Sxadadze məsləhət bilibsə, deməli, komanda üçün faydalı oyunçu olacaq. Onunla bir neçə qarşılaşmada rəqib olmuşuq. Bu hücumçu mənim çox xoşuma gəlir.
- Bəs, digər fransferləriniz Georgi Adamiya və Slavço Georgiyevski barədə nə söyləyə bilərsən?
- Adamiya Azərbaycanda artıq öz sözünü demiş futbolçudur. Hansı yerli klublarımızda oynayıbsa, həmin klublara xeyri dəyib. İnanıram ki, "İnter”ə də böyük kömək olacaq. Slavçoya gəlincə, onun komandamıza keçidini uğurlu transfer hesab etmək olar. Hər iki futbolçunun Avropa təcrübəsi olduğu üçün komandamıza əlavə üstünlük kimi qiymətləndirmək olar.
- Mövsüm ərzində demək olar ki, əsas heyətdə çıxış edərək özünü yaxşı tərəfdən göstərə bildin. Bəs, fikrincə, nə üçün Berti Foqts səni milliyə çağırmayıb?
- Açığı, təklif göndərəcəyinə ümid edirdim. Çünki onun "İnter”in oyunlarını stadionlardan izləyən vaxtlarda yaxşı çıxış etmişdim. Lakin hələ bir xəbər çıxmadı. Ola bilər, onun sxeminə uyğun futbolçu deyiləm. Bəlkə də, Foqts istədiyi futbolçu deyiləm. Əgər, Berti Foqts məni bəyənmirsə, nə edə bilərəm ki?
Əli HƏYATİ Qol.az
|
Категория: Müsahibələr |
Просмотров: 432 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|