Hörmətli veb portal oxucuları saytımızın yaranma müddəti qısa olmasına baxmayaraq İnter azarkeşi olmayan oxucular tərəfindən hər bir məqaləmiz və məlumatımız maraqla oxunub.Amma bəzi idman portalları və oxucular bir az anlaşılmamazlığa yol veriblər. Beləki "Ağlı Göylü İnter Fan Media"nı İnter fan klubu kimi təqdim edib İnter Fan Klub ünvanına bəyanatlar yayır və sərt ittihamlarla çıxış edir.Bunu nəzərə alan Fan Media redaksiya heyyəti bir bəyanat yayıb onu sizə təqdim edirik.
İnter Pİk rəsmi fan klubu olan "İnter Fan KLub" tamamən bizlə heç bir əlaqəsi olmayan bir Azarkeş Klubudur və onların rəsmi veb saytı olan interfan.az fəaliyyəti ilə Azarkeş Klubunun xəbərlərini və komanda xəbərlərini yayımlayır.İnter Fan Klubunun nə prezidenti çox hörmətli Ruslan Muradov nə də cənab Elçin Həsənov nə də adi siravi azarkeşi bizimlə heç bir əlaqəsi yoxdur.Yüzlərlə azarkeşi olan İnter Fan Klub öz sözünü demiş və Azərbaycan Azarkeş Hərəkatnda öz söz sahibinə malik klubdur. "Ağlı Göylü İnter Fan Media" isə tamamən müstəqil bir veb portaldır.Biz nə fan klub nə də azarkeş qrupu deyilik.Bizim əsas məqsədimiz İnter PİK və İnter Azarkeş xəbərlərini operativ olaraq sizlərə təqdim etmək və yalnız və yalnız İnter futbol klubunun və azarkeş klubunun mənafeyini güdmək təbliğ etməkdir.Bir daha təkrar edirik biz tam müstəqil bir veb portalıq.Bizim redaktorlar isə İnter Fan Klubu və nə İnter PİK lə heç bir əlaqəsi olmayan kəslərdir.Sizlərə Redkasiya heyyətini təqdim edirik
Oktay Ağazadə (Lahiyə rəhbəri baş redaktor)
İlkin Abdullayev (redaktor-Azərbaycan)
Fariz Xəlili ( müxbir Azərbaycan)
Arif Ramazanlı(Köşə yazarı Bolqarıstan)
ƏLi Abbasov (Köşə Yazarı Rusiya Federasiyası)
Zaur Həsənli (agli-goylu adı ilə müxbir Azərbaycan)
Rəşad Quliyev (fanatik adı ilə Facebook.com səhifə redaktoru)
Gördüyünüz kimi kollektivimiz müxtəlif ölkələrdə yaşan lakın İnter komandasına sevgisi olan və təmənnasız işləyən insanlardır.
Bu bəyanatı yaymaqda məqsəd budur ki.Bu gündən etibarən saytımızda hansısa yazı xəbər və köşə yazısına görə fikir bildirəndə İnter Fan Klubunun və Klubun ünvanına yox yalnız bizim ünvanımıza fikir bildirin çün ki məhs bizim saytda bu yazılır demək bizik cavabdeh (PS köşə yazılarından başqa heç bir xəbərə görə məsuliyyət daşımırıq)
Əvvəlcədən təşəkkürlər
|