"İnter” komandasının kapitanı Vladimir Levin müsahibəsində komandasının problemləri və "Birlik Kuboku” turniri barədə danışıb. - "Birlik Kuboku” turnirinin püşkatmasının nəticələrinə münasibətinizi bilmək maraqlı olardı...
Mən gözəl bilirdim ki,püşk bizi öz ölkələrində çempion olmuş komandalar ilə qarşılaşdıracaq.Buna görə də püşkatmanın nəticələrini normal qarşıladım.
Düşdüyünüz qrupu dəyərləndirə bilərsiz?
Düşdüyümüz qrup turnirin asan qruplarından biridir.Lakin biz bütün rəqiblərə hörmətlə yanaşırıq.Etiraf etmək lazımdır ki,bundan ağır qrupada düşə bilərdik.
Qrupdakı komandalar barədə məlumatınız var?
Bu komandalar barədə heç bir məlumatım yoxdur.Qrupdakı bütün komandaları dəyərləndirmək lazımdır.Heç bir komandaya laqeyd münasibət göstərmək olmaz.Lakin buna baxmayaraq bizim qrupdan lider qismində növbəti mərhələyə adlamaq üçün gözəl şansımız var.
Bu turnirdə hansı komandaları favorit qismində görürsünüz?
Bu ilki iştrakçıların heyətləri ilə tanış olmadığım üçün proqnozum özünü doğrultmaya bilər.”Zenit” və Kiyevin "Dinamo” komandalarını zəif heyətlə turnirə qatıldığını nəzərə alsaq "Tobol”,”Şaxtyor”,Bunedkor” və "HİK” komandalarını turnirin favoriti hesab edirəm.
İndi isə gələcək planlardan cari problemlərə keçək.”İnter” üç turdur ki,qələbə qazana bilmir.Komandada nə baş verir?
Bunu mən özüm də anlaya bilmirəm.Komanda rəqiblərindən üstün futbol nümayiş etdirsə də qələbə qazana bilmirik.Heç özüm də anlamıram ki,qələbə qazanmaq üçün nə etməliyik.Belə vəziyyətə düşməyimiz futbolçuları,məşqçi heyətini və klubun rəhbərliyini narahat edir.Özünəinam hissini qaytarmaq üçün bizə bir qələbə qazanmaq lazımdır.
Son üç turda komandanızın hansı oyunu daha çox xoşunuza gəlib?
Mənim "Azal” komandasına qarşı sərgilədiyimiz oyun daha çpx xoşuma gəldi.Komandamız sona qədər mübarizə apardı və biz bu qarşılaşmada qələbə qazanmalı idik.Lakin müdafiədə ani diqqətsizlik nəticəsində mənasız bir qol buraxdıq.Bir daha təkrar edirəm,psixolojı gərginlikdən qurtulmaq üçün komandaya bir qələbə lazımdır.
Mənbə: Extratime.az
|