"İnter”in əvəzedici heyətinin baş məşqçisi Tofiq Mustafayev "Simurq”la oyun barədə fikirlərini açıqladı: -Bildiyiniz kimi, çempionatda iki həfətəlik fasilə yaranmışdı. Bu dövrdə biz oyun praktikasız qalmışdıq. Neftçaladan olan komandayla yoxlama oyunu keçirmək istəyirdik, lakin matçın başlanmasına 10 saat qalmış onlar yoldaşlıq qarşılaşmasından imtina etdilər. Bunun əvəzinə ikitərəfli oyun keçirdik, lakin lazımi səmərəni vermədi. Oyun praktikasında bu problemlər bugünkü matça da təsir göstərdi. Xətlər arasında əlaqə istənilən səviyyədə deyildi. Bəzi məqamlarda oyun alınırdı. Qeyd etmək istərdim ki, belə komandalara qarşı oynamaq həmişə çətindir. Liderlərlə matçlara köklənmək asandır. Belə hallarda oyun daha məzmunlu olur. Bu gün biz matçda futbolçuların ustalıqları sayəsində qalib gəldik.
Bu gün komandamızın heyətində meydana çıxmış və qalib gəlməyə kömək etmiş Giorgi Lomayaya təşəkkürümü bildirmək istəyirəm. Belə oyunçularla çiyin-çiyinə oynamaqla gənc futbolçular qiymətsiz təcrübə toplayırlar.
|