Bakı təmsilçisi "İnter"in keçmiç hücumçusu Robertas Poşkus extratime.az saytına müsahibəsində klubda ayrılma səbəblərinə aydınlıq gətirib.
"Mənimlə Kaxaber Tsxadadze arasında heç bir problem olmayıb bizim yaxşı iş münasibətimiz olub lakin sezonun sonunda mənə ehtiyac duymadığnı bildirdi.Bunu onun hərəkətlərindən sezmək olardı məni təlim məşq toplantısına dəvət etmədi.Mənim hələ "İnter"lə bir il müqaviləm var və mən bu kluba məxsusam hər halda küçədə qalmayacam.Mən bu kluba məxsusam lakin klub məndən yaxa qurtarmaq istəyirsə mən özümə yeni iş yeri tapmalıyam əks halda klubda qalmağa məcburam.Klub rəhbərliyi ilə də söhbətim olub dedilər ki narahat olma hər şey yaxşı olacaq ya sən klubda qalacan ya da sənə yeni klub tapmağa köməklik edəciyik ya da təzminatını ödəcəyik.Ona görədə rahatam və vətənimdə istirahət edirəm.İnterdən ayrılmaq üzücüdü amma nə etmək olar baş məşqçi mənə ehtiyac duymur yəqin məndənd güclü hücumçu alacaq.Vətənimdə oynamaq istəmirəm legioner həyatı yaşamaq istəyirəm"
|