Главная » 2010 » Dekabr » 3 » Qarabağ 1:0 İnter (Oyun və oyundan sonra) VİDEO
20:38
Qarabağ 1:0 İnter (Oyun və oyundan sonra) VİDEO
Bu gün Premyer Liqanın XVI turunda T.İsmayılov adına Suraxanı qəsəbə stadionunda son çempion "İnter" "Qaraba"ğın qonağı oldu.Bu oyundan öncə hər iki komanda xal itirdiyindən bu oyun çox vacib və çətin olacağı əvvəlcədən bilinirdi.Gözlənildiyi kimi oyun gərgin keçdi oyunu isə birinci hissənin sonlarında günc zərbəsindən Rauf Əliyev vurdu.Bundan sonra irəli atılan "İnter"bir neçə qol epizodları yaratdı lakin oyun minimal hesabla başa çatdı.
PS:Bu oyunda oyunun baş hakimi Vüsal Əliyevin qərəzli oyun idarə etməsi gözdən qaçmadı.Demək olarki hər 5-10 dəqiqədən bir Qarabağın lehinə cərimə zərbələri təyin etməsi hətta topun auta çıxmadığı halda aut təyin etməsi gözdən yayılmadı.
Tsxadadze: "...futbolçularımın ustalıq səviyyəsi aşağı idi
"Əlbəttə ki, belə oyunlarda bir qol həlledici rol oynayır. Bu gün də belə oldu. "Qarabağ" bundan maksimum yararlandı". "Qarabağ"la oyundan sonra "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze deyib. Gürcü mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini bildirib: "Biz də sona qədər mübarizə apardıq. Lakin alınmadı. Oyun ərzində bir neçə qol imkanını da boşa verdik. Ona görə yox ki, futbolçularımın ustalıq səviyyəsi aşağı idi. Sadəcə olaraq bu gün komandamın bəxti gətirmədi".