Главная » 2011 » Oktyabr » 17 » Polşa futbolu üzərində qırılan sindrom (İnter Bakı vs Lex Poznan) VİDEO
19:38
Polşa futbolu üzərində qırılan sindrom (İnter Bakı vs Lex Poznan) VİDEO
Milli komandamızla yanaşı klublarımız da Polşa təmsilçiləri ilə oynamaqda çox çətinlik çəkirdi. Həm milli səviyyəsində, həm də avrokubok yarışlarında adətən klublarımız Polşa təmsilçiləri qarşısında davam gətirə bilməyib məğlub olurdu.
Bu tilsimi ilk dəfə Kaxaber Tsxadadzenin başçılıq etdiyi "İnter” komandası qırıb.
Çempionlar Liqasının 2010/2011 mövsümündə ölkəmizi təmsil edən "İnter” qitənin ən nüfuzlu turnirin ikinci mərhələsində Polşanın ən güclü klublarından biri "Lex”lə üz-üzə gəlib.
Tofiq Bəhrəmov adına Respublika stadionunda ölkə çempionumuz ilk görüşdə polşalılara 0:1 hesabı ilə məğlub olmuşdu. Bu oyundan sonra çoxu "İnter”in səfərdə "Lex”ə böyükhesabla məğlub olacağını güman edirdi.
Lakin paytaxt təmsilçisi Poznanda "Lex”ə müavimət göstərərək Girt Karlosonsun qolu ilə 90 dəqiqədə qalib gəldi. Əlavə vaxtda da hesab dəyişmədiyinə görə növbəti mərhələyə çıxacaq komandanı penaltilər seriyası müəyyən edi.
Hətta penaltilər seriyasında da təmsilçimiz rəqibə müqavimət göstərib. 11 zərbə sonunda polşalılar 9:8 qalib gələrək növbəti mərhələ sevinci yaşayıblar.
Bütün bunlara baxmayaraq, "İnter”in uğurlu çıxışı Polşa futbolu üzərində qazanılan ilk qələbə idi.
Məhz bu oyundan sonra 8 gün sonra "Qarabağ” da "Visla”nı səfərdə məğlub edib.