"İnter"in bolqar pleymeykeri Petar Zlatinovun klubun rəsmi saytına müsahibəsini təqdim edirik. -Mövsümün
başa çatmasından sonra şayiələr gəzdi ki, komandadan ayrılacaqsan. Lakin sən "İnter”lə
müqavilə imzaladın və klubla əməkdaşlığını davam etdirmək barədə qərar qəbul
etdin...
- Buna görə çox şad olduğumu demək istəyirəm.
Xoşdur ki, bizə ortaq məxrəcə gəlmək və yeni müqavilə imzalamaq müyəssər oldu.
Mənim "İnter”dən getmək məsələm hem müzakirə olunmurdu-bütün bunlar şayiədir.
Ümid edirəm ki, bu möcsüm komanda özünü yalnız yaxşı tərəfdən göstərəcək və
mütləq yüksək yerlər uğrunda mübarizə aparacaq. Mən isə öz növbəmdə "İnter”in
hər oyunda qalib gəlməsi üçün əlimdən gələni etməyə çalışacağam.
-Amma hər
mənfinin müsbət tərəfi də var. Belə ki, komanda avrokuboklara vəsiqə qazana
bilmədi, ancaq bu, futbolçulara yaxşı istirahət etməyə imkan yaratdı. Bilmək
istərdik, istirahətini necə keçirdin?
-Bütün ailə üzvlərinin toplaşdığı evdə dincəldim.
Məzuniyyəti yaxşı keçirdim, deyim ki, son 3 ildə biz əməlli-başlı istirahət edə
bilməmişdik. Lakin yaxşı qeyd etdiyin kimi, hər bir mənfinin müsbət tərəfi də
var. Bizə avrokuboklarda oynamaq mümkün olmadı, ancaq yaxşı istirahət etmək
imkanı yarandı. Amma ümid edirəm ki, növbəti mövsümdə biz daha yaxşı çıxış
edəcəyik və Avropaya düşəcəyik.
-Növbəti
mövsümə hazırlıq çərçivəsində "İner”in birinci toplanışı aktiv mərhələsindədir.
Bilmək istərdik, hazırlıqlar necə keçir?
-Düşünürəm ki, normal keçir. Toplanış plana uyğun
keçir, bütün futbolçular məşqçilərin tapşırıqlarını ciddi-cəhdlə yerinə
yetirirlər. Sevindirir ki, zədəli futbolçular yoxdur. Biz anlayırıq ki, yaxşı
istirahətdən sonra yaxşı hazırlaşmaq lazımdır, axı, bu, bu mövsüm uğurlu çıxış
etməyimiz üçün çox vacibdir.
-Biz
bilirik ki, ailənizdə futbol oynayan çoxdur. Və bu yaxınlarda atan bildirmişdi
ki, ailənizdə ən yaxşı futbolçu məhz sənsən...
-Mənə çox xoşdur ki, o, belə hesab edir. Hələlik mən atamdan və
qardaşımdan daha çox uğur qazanmışam. Ancaq qardaşım Vladislav hələ çox gəncdir
və düşünürəm ki, bütün onun uğurları hələ qarşıdadır.
-Karyerasını Azərbaycanda davam etdirməyi qardaşına
məsləhət görərdinmi?
-Bu taledir. Əgər qismətdirsə ki, o, Azərbaycanda oynayacaq,
o zaman o, mütləq burada oynayacaq. Əgər qismət deyilsə, oynamayacaq. Qardaşım
öz yolu, mənim başqa yolum var. Səmimi qəlbdən istərdim ki, Vladislav Avropanın
səviyyəli komandalarının birində çıxış etsin. İstərdim ki, onun karyerası
uğurlu olsun.
Mənbə:inter.az
|