Sabah ölkə çempionatının yeddinci turu çərçivəsində "Kəpəz"i qəbul edəcək "İnter" bu oyuna itkilərlə çıxa bilər. Premyerliqa.az xəbər verir ki, yeni transfer Peter Krappan və Danildo Assioli zədəli olduqlarına görə bu oyunu buraxa bilər. Müdafiənin mərkəzində yer alan hər iki futbolçunun oynamaması təqdirdə, "İnter" müdafiədə problemlərlə üzləşə bilər.
Krappan əvvəlki oyunları buraxsa da, Assioli ötən tur AZAL-la oyunda meydanda olmuşdu.
Bu arada "Simurq"la matçda zədələnən Asif Mirili zədəsini bərpa edərək komanda iləməşqlərə başlayıb.
Lakin onun Gəncə klubuna qarşı meydana çıxacağına oyun günü aydınlıq gətiriləcək.
|