İdman Azərbaycan TV kanalında efirə gedən "Premyer Liqa" verlişinin qonağı olan İnterin baş məşqçisi Kaxaber Tsxadadze komandasının uğurusuz sezon keçirməsi və final oyunu haqda bunları dedi.
"Bu il komandamız üçün sezonu uğursuz saymaq olar buna bir çox səbəblər var.Yayda komandamızı çoxlu sayda oyunçu tərk etdi əvəzində transfer etdiyimiz oyunçular isə etimatı doğrutmadı.Samir Roşa Rubins kimi oyunçuların gedişi komandaya təsir etdi.Qış transfer dönəmində isə yeni oyunçu seçiminə vaxt olmadı.Daha doğrusu oyunçular təklif edildi amma onların səviyyəsi bizi qane etmədi.Artıq o zaman deyil ki hər bir legioneri heyyətə qatasan Azərbaycan futbolu inkişaf edir və legioner gətirədə gərək səviyyəli oyunçu gətirəsən.Ona görədə sadəcə Asif Məmmədovu transfer etdik. İnteri çempion etmiş heyyətlə "Birlik Kubok"un qazandıq.təsəvvür edin eyni sezonla keçən ildən oynayırıq oyunçularda yorğunluq özünü göstərir.Sezonu başa vurduqdan sonra komandanın durumu haqda müzakirələr gedəcək.Əsasəndə hücum xətti haqda keçən sezon Karlsonsn və Poşkus ikisi bir yerdə 23 top vurdular amma bu sezon isə çox zəyif çıxış etdilər.Halbu ki Karlsonsn "Birlik Kubok"unda bombardir olmuşdur. Sezonu uğurlu etmək üçün Azərbaycan Kubokunda qalib gəlmək istəyirik.Məşqçi kimi çempionluq yaşamışam amma kubokum olmayıb istərdim ki Azərbaycan Kubokuna sahib çıxaq.Rəqibimiz haqda çox şey demək olar.Hücum xətti çox güçlüdür və sırf avropa futbolu oynayır və Kamran kimi super qapıçısı var.Finalda iki bərabər səviyyəli komanda çıxış edəcək.Super oyun olacağını indidən demək olar.
|