Kaxaber Tsxadadze bizimlə söhbətdə komandasının Avro-2012 seçmə mərhələsilə bağlı yaranmış fasiləni necə keçirməsi barədə məlumat verdi.
Azərbaycan xalqını Türkiyə yığması üzərində qələbə münasibətilə təbrik etdi və doğma Gürcüstan milisi haqqında fikirlərini açıqladı.
-Öncə komandanın Avro-2012 seçmə mərhələsilə bağlı yaranmış fasiləni necə keçirməsi barədə fikirlərinizi bilmək istərdik.
-Uşaqlara bir neçə gün istirahət vermişdik, oktyabrın 5-dən isə ümumikomanda işlərinə başladıq. Çox yaxşı çalışdıq, fiziki məşqlərə üstünlük verdik, bir yoldaşlıq oyunu keçirdik. Ümumilikdə, təlim-məşq proseslərində iştirak etmiş futbolçuların hazırlıq səviyyəsi məni sevindirir. Futbolçular yaxşı və vicdanla çalışdılar.
-"Simurq”la yoldaşlıq oyunundan razı qaldınız?
-İlk 5-6 dəqiqəni nəzərə almasaq "Simurq”la oyunu yaxşı keçirdik. Lakin oyunun pis başlanmasını mən onunla əlaqələndirirəm ki, məşqlərdə ağır yükləmələrdən sonra futbolçulara, necə deyərlər, "mühərriki işə salmaq” üçün vaxt lazım idi. Komanda yorğunluq fonunda oynayan zaman belə hallar tez-tez olur. Lakin sonradan uşaqlar özlərinə gəldilər, futbolçular çox yaxşı hərəkət etdilər, keyfiyyətli kombinasiyalı futbol nümayiş etdirdilər, gözəl qollar vurdular. Çox qol da vura bilərdilər, amma realisiziya alınmadı.
-Növbəti rəqib "AZAL” komandası barədə nə fikirləşirsiniz?
-"AZAL” çox yaxşı komandadır, onlar turnir cədvəlində qonşularımızdılar. Komanda yaxşı icraçılara malikdir. Bizi çox mürəkkəb oyun gözləyir, mən "İnter”in asan oyunlarının olmadığını təkrarlamaqdan yorulmayacağam.
-"İnter”in birdın-birə 5 əsas oyunçusu milli komandalarına çağrıldı. Onlar, çox güman ki, heç də yaxşı kondisiyada qayıtmayacaqlar.
-Bu, bizim ən əsas başağrımızdır, həmin futbolçuların hansı formada olduqları məni çox maraqlandırır. Dünən Aleksandr Çertoqanovun oyununu izləmişəm, o, oyuna fəal qoşuldu və Azərbaycan millisinə çətin matçda çox kömək etdi.
-Azərbaycan milli komandasının oyunu barədə nə deyə bilərsiniz?
-İmkandan istifadə edərək, Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirəm. Bu qələbə Azərbaycan futbolu üçün çox lazım idi. İki dəfə böyük hesablı ardıcıl məğlubiyyətdən sonra bir çoxları artıq bədbin əhval-ruhiyyəyə düşməyə başlamışdılar. Lakin Türkiyə ilə srağagünkü qarşılaşma özünə inamı qaytamağa məcbur etdi. Görünürdü ki, futbolçular 200 faiz cəhd göstərirlər. Komanda döyüş qabiliyyətini nümayiş etdirdi və gözəl qələbə qazandı.
-Sizin doğma Gürcüstan yığması da Latviya ilə qarşılaşdı.
-Bəli, oyunu seyr etmək imkanım oldu. Gürcüstan qalib gəlirdi, lakin qarşılaşmanın son dəqiqələrində qol buraxdı və heç-heçə ilə kifayətləndi. Komandanın müdafiədə etibarlı oynaması sevindirir, lakin rəqib qapısı önündə anların yaradılmasında bəzi problemlər var. Doğrusu, mən hesab edirəm ki, əgər biz ciddi tapşırıqlar haqqında fikirləşmək qərarına gəlmişiksə, o zaman bunun üçün millidə hüçum potensialını gücləndirmək tələb olunur. Amma Temur Keçbayanın hazırlıq üçün çox az vaxtı vardı və fikirləşirəm ki, o, mütləq bu problemləri aradan qaldıracaq. Bir də ki, qarşıda Gürcüstan millisinin ancaq xeyrinə olacaq böyük qış fasiləsi var.Biz hələ ikinci yer uğrunda aparılan mübarizəyə müdaxilə edə bilərik və həm Yunanıstan, həm də İsrail milli komandalarına bərabər səviyyədə müqavimət göstərə bilərik.
|