Bu gün Unibank Premyer Liqanın XVIII turunda Bakı T.Bəhrəmov adına Respublika stadionudan İnteri qonaq qəbul edirdi.Qaşılıqlı hücumlar şəraitində keçən derbidə ilk olaraq hesabı 51 ci dəqiqədə Bakının oyunçusu Stefan Barbikoni açdı.Bundan sonra irəli atılan İnter oyunun 73 cü dəqiqəsində hesaba tarazlıq gətirdi maraqlısı odur ki qolu öz qapısına elə birinci qolun müəliffi Barbikoni vurdu.Bundan sonrada hücumlarını davam etdirən İnter oyunun 83 cü dəqiqəsində Bronislav Çervenkonun qolu ilə qalibiyyəti bayram etdi
Oyundan sonra iki baş məşqçilərin fikirlərini sizə təqdim edirik.
Kaxaber Sxadadze: "Bu oyun bizim üçün dönüş nöqtəsi idi"
"Oyunun maraqlı və gərgin keçəcəyini bilirdik, bu gün bunun şahidi olduq. Adi epizodda səhv buraxdıq, qapımızda qol gördük. Lakin komandamın hesabı bərabərləşdirəcəyinə əmin idim. "Bakı"nın oyununu çox yaxşı təhlil etmişdik, zəif cəhətlərini bilirdik. Bu oyun bizim üçün dönüş nöqtəsi idi. Qalib gəldiyimiz üçün şadam". Qol.Az-ın məlumatına görə, bu sözləri "Bakı" ilə oyundan sonra "İnter" klubunun baş məşqçisi Kaxaber Sxadadze deyib. Qeyd edək ki, Premyer Liqanın 18-ci turu çərçivəsində "İnter" komandası səfərdə "Bakı"nı 2:1 hesabı ilə məğlub
Vinfrid Şefer: "Bugünkü oyunda ən azı bir xala layiq idik" "Hesabı açmamışdan öncə də fərqlənmək üçün bir neçə epizodumuz oldu, lakin bunlardan yararlana bilmədik. Təəssüf ki, əldə etdiyimiz üstünlüyü sonadək qoruya bilmədik, qapımızda iki qol gördük. Hesabı bərabərləşdirmək üçün bütün komanda ilə irəli atıldıq, amma buna nail ola bilmədik. Fikrimcə bu gün göstərdiyimiz baxımlı oyunla ən azı 1 xala layiq idik". Qol.Az-ın məlumatına görə, bu sözləri "İnter"lə oyundan sonra "Bakı" klubunun baş məşqçisi Vinfrid Şefer deyib. Qeyd edək ki, Premyer Liqanın 18-ci turu çərçivəsində "Bakı" komandası öz meydanında "İnter"ə 1:2 hesabı ilə məğlub olub.
|