Unibank Premyer Liqasının 8-ci turuna yekun vuruldu. Oyun maraqlı mübarizə şəraitində keçdi və matçın taleyini bir qol həll etdi. Komandamızın qələbə topununun müəllifi ikinci hissədə meydana çıxan Nizami Hacıyev oldu. Beləliklə, oyun 1:0 hesabıyla "İnter"in xeyrinə başa çatdı.
Qeyd edək ki, qələbə "İnter"ə 14 xal toplamağa imkan verdi və komandamızı turnir cədvəlində 3-cü yerə çıxardı.