Dünən Unibank Premyer Liqasının 13 cü turunda Şəfa stadionunda İnter Qəbələnin eyni adlı klubunu qəbul etdi.Oyun qarşılıqlı hücumlar şəraitində keçdi.Oyunda bir neçə epizodlarda İnter komandası rəqibdən üstün olsada son anda qol epizotların real qola çevirə bilmədi.Robertaş Poşkus rəqib qapıçısı ilə təkbətək çıxsada fürsətdən yararlana bilmədi.Maraqlı keçən oyun 0:0 hesabı ilə sona çatdı.Və bununla da İnter növbəti xal itkisi ilə üzləşdi. Hakimlər Komitəsi Unibank Premyer Liqasının XIII-cü turun oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb.Peşəkar Futbol Liqasının rəsmi internet saytının məlumatına əsasən 13.11.2010-cu ildə "Şəfa" stadionunda keçiriləcək "İnter"- "Qəbələ" qarşılaşması Futzal üzrə UEFA refarisi Elçin Məmmədova tapşırılıb.Ona kömək edəcəklər yan xətt hakimləri Roman Vasilyev və Elşən Acalov.Oyunun dördüncü hakimi Əfqan Həmzəyev,AFFA nümayəndəsi Rauf Əmirov,hakim-inspektor Əli Hüsynovdur.
13 noyabr (şənbə)"İnter" - "Qəbələ" Hakimlər: Elçin Məmmədov, Roman Vasilyev, Elşən Acalov, Əfqan Həmzəyev AFFA nümayəndəsi: Rauf Əmirov Hakim-inspektor: Əli Hüseynov "Şəfa" stadionu. Saat 18:00
|