Azərbaycan kubokunun 1/4 final mərhələsində "İnter"ə iki oyunun nəticəsinə görə məğlub olaraq yarışdan kənar qalmış "Xəzər Lənkəran" hazırlıqlara ara vermədən başlayıb. Stadium.az xəbər verir ki, baş məşqçi Yunis Hüseynov komandaya istirahət verməyib və futbolçular bu gün doğma meydanda məşqə çıxıblar.
Premyer Liqanın 26-cı turunda "Xəzər Lənkəran" yenidən "İnter"lə qarşılaşacaq. Aprelin 1-də Lənkəranda keçiriləcək oyun 18:00-da başlanacaq.