Главная » 2010 » Dekabr » 3 » “İnter”in "Birlik kuboku"ndakı rəqibləri dekabrın 6-da bəlli olacaq
20:27
“İnter”in "Birlik kuboku"ndakı rəqibləri dekabrın 6-da bəlli olacaq
Rusiyada keçiriləcək ənənəvi "Birlik kuboku” turnirinin püşkatma mərasiminin keçirilmə tarixi müəyyənləşib.bu turnirdə ölkəmizi təmsil edəcək son Azərbaycan çempionu "İnter”in rəqibləri dekabrın 6-da məlum olacaq. Gələn il yanvarın 14-dən 23-dək Sankt-Peterburq şəhərində təşkil olunacaq yarışın püşkatma mərasimində 16 komanda 4 qrupa bölünəcək. Qeyd edək ki, Gürcüstan MDB-nin üzvlüyündən imtina etdiyi üçün bu yarışda iştirak etməyəcək. Belarus və Moldovanı isə yarışdan imtina edən çempioların əvəzinə ölkənin ikinci komandaları təmsil edəcək.