Главная » 2012 » Fevral » 6 » "İnter": 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət
20:42 "İnter": 2 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət |
Məlumat verdiyimiz kimi, Türkiyədə təlim-məşq toplanışını başa vuran "İnter" artıq vətəndədir.Klubun rəsmi saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışı çərçivəsində "İnter" 5 yoxlama matçı keçirdi. 2 qarşılaşmada qələbə qazanan "bankirlər" 2 oyunda sülhə imza atdı və 1 matçda məğlub oldu. Xatırladaq ki, "İnter" Türkiyə təmsilçisi Konya Şəkərspor” komandasına (3:2) və Avstriya çempionu "Şturm"a (2:1) qalib gəldi. Albaniya çempionu "Skenderbeu" və Ukrayna təmsilçisi "Volın" komandalarıyla qolsuz bərabərliyə nail olan paytaxt klubu Almaniyanın "Karlsrue" komandasına 1:3 hesabıyla məğlub oldu. "İnter"in keçirdiyi 6 oyunda vurulan qolların 2-sini Baçana Sxadadze aktivinə yazdı. Bronislav Çervenka, Girts Karlsons və Asif Məmmədov hərəyə 1 qol vurdular. Daha bir qolu "İnter"in rəqibi öz qapısından keçirdi. Əlavə edək ki, toplanış çərçivəsində "İnter" Ukraynanın "Volın" və Avsrtiyanın "Şturm" komandalarının da qatıldığı mini-turnirdə iştirak etdi. Oyun nəticələrinə əsasən, Kaxaber Sxadadzenin yetirmələri turniri ilk sırada başa vurdu.
|
Категория: Statisika |
Просмотров: 466 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|