Главная » 2010 » Oktyabr » 2 » İkiqat şadam ki, mənim vurduğum qol həlledici oldu
21:12 İkiqat şadam ki, mənim vurduğum qol həlledici oldu |
"Muqan”la görüşdən sonra oyun haqqında fikirlərini öyrənmək məqsədilə Girts Karlsonsla görüşdük.
-Girts, oyun mürəkkəb alındı, amma bununla belə üç xalı əldə etmək mümkün oldu...
-Bəli, çox mürəkkəb oyun oldu. Öz oynumuzu oynamağa çalışdıq və düşünürəm ki, bu, bizə müəssər oldu. Son nəticədə qol vurduq və layiqli üç xalımızı qazandıq.
-Bu, sənin çempionatda ilk qolun oldu və komandaya qələbə qazandırdı...
-Bəli, mən buna çox şadam. Uzun zaman idi ki, qol vurmurdum, uğursuz seriyaya son qoyduğum üçün çox şadam. İkiqat şadam ki, mənim vurduğum qol həlledici oldu və mənim komandama qələbə gətirdi.
- Latviya millisinin düşərgəsinə yollanırsan.Qarşıdakı matçlar barədə danışardın.
-Bizi iki oyun gözləyir. Səfərdə Yunanıstan, evdəsə Gürcüstan komandasıyla qarşılaşacağıq. Hər iki matç eynilə mürəkkəbdir, bizi ağır oyunlar gözləyir. Amma ümid edirik ki, hər iki oyunu uğurla başa vuracaq və yaxşı futbol nümayiş etdirə biləcəyik.
|
Категория: Müsahibələr |
Просмотров: 397 |
Добавил: aga-zade
| Рейтинг: 0.0/0 |
|