Bu gün Azərbaycan Premyer Liqasının növbəti turunda İnter öz doğma meydanında Tovuzun Turan klubunu qəbul etdi.Yeni baş məşqçi ilə Bakıya gələn Turan oyunda çox iddialı başlamışdır.Lakin oyunun elə başında David Odikadzenin qolu ilə hesabda geri düşdü.Qoldan sonra da üstünlük İnterin tərəfində idi və bunun nəticəsində ikinci hissədə Mario Souzanın və Robertas Poşkusun qolları ilə hesabı 3:0 etdi və beləliklə üç xalı 3 qolla əldə etdi. Kaxaber Tsxadadze: "Turan" "artırıb" İnter" yaxşı futbolçulardan qurulmuş komandadı. Bu günkü qarşılaşmada bizi üstələdilər, qalib gəldilər. Çempionluq uğrunda mübarizədə "İnter"ə uğurlar arzu edirəm". "İnter"lə oyundan sonra "Turan"ın baş məşqçisi Revaz Dzodzuaşvili deyib. "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze isə rəqibini tərifləyib: "Turan" əvvəlki oyunlarla nisbətdə xeyli artırıb. Komandanın hücumunda alçaqboylu futbolçular var. Əks-hücum zamanı onlar çox təhlükəli olurlar. Bunu bilirdik, "Turan"ın oyunlarını izləmişdik. Futbolçulara lazımi tapşırıqları vermişdim. Qalib gəldiyimiz üçün şadam. Revaz Dzodzuaşvili gürcü futbolunun canlı əfsanəsidi, simasıdı".
|