"Mən bu hadisəyə bir mənalı baxmıram. "Xəzər Lənkəran" məni istəmədi. Dedilər ki, artıq səninlə yollarımızı ayırmaq istəyirik. Ancaq mənim onlarla bir illik müqaviləm var idi. Bundan əlavə "Xəzər Lənkaran" mənə çoxlu pul vermək istəmədi. Həyatımda pula görə oynamıram, amma bu mənə pis təsir etdi". bu sözləri "İnter"in futbolçusu Mario Soza deyib. Çıxılmaz vəziyyətdə qaldığını və bu cür hadisəylə ilk dəfə üzləşdiyini deyən braziliyalı yarımmüdafiəçi "İnter"ə keçidi haqda danışıb: "Məni bu vəziyyətdən "İnter"in baş məşqçisi qurtardı. "Xəzər Lənkəran" məni pis vəziyyətə saldı. Ancaq buna baxmayaraq "İnter" rəhbərliyi mənimlə danışıqlar apardı. Həmçinin mənə "hər şey yaxşı olacaq" dedilər. Köməkliyinə görə "İnter"in prezidentinə və baş məşqçisinə minnətdaram".
Qeyd edək ki, Mario Souza yay transfer pəncərəsi dövründə "Xəzər Lənkəran"dan "İnter"ə transfer olub. //Qafqazinfo.az
|