Главная » 2011 » sentyabr » 13 » Girt Karlsons: “Biz səfərə 3 xal ardınca gedirik” (VİDEO Müsahibə)
18:53
Girt Karlsons: “Biz səfərə 3 xal ardınca gedirik” (VİDEO Müsahibə)
Klubun rəsmi saytına verdiyi müsahibəsində "İnter”in hücumçusu Girts Karlsons "Simurq”la matç barədə danışdı, qarşıdan gələn "Sumqayıt Şəhər” komandasıyla oyun haqqında fikirlərini açıqladı və digər suallara cavab verdi.
-Öncə "Simurq”la matç barədə fikrini bilmək istərdik...
-Oyun asan olmadı. Əgər matçın əvvəlində Elnur Abdulov vəziyyətdən yararlana bilsəydi, o zaman bizim üçün daha asan olardı. Rəqibin kifayət qədər ciddi kökləndiyi görünürdü.
-"İnter” bu oyuna Gürcüstanda hazırlaşmışdı. Bu təlim-məşq toplanışı komandanın növbəti oyunlarına necə təsir göstərəcək?
-Biz Gürcüstanda yaxşı hazırlaşdıq. Orada lazımi şərait vardı. İndi elə etmək lazımdır ki, hazırlıq hədər yerə getməsin. Bu hazırlığın "Simurq”la oyunda bizə nə dərəcədə kömək etməsindən danışmaq çətindir, lakin istənilən halda bizə əlverişli vəziyyətlər yaratmaq və daha çox qol vurmaq lazımdır.
-"Sumqayit Şəhər”lə keçiriləcək oyun barədə fikirlərini bilmək istərdik...
-Son oyunu onlar uğurla başa vurublar, onların qapıçısı əla oynadı. Biz səfərə 3 xal ardınca gedirik, ancaq bilirsiniz, top yumrudur və futbolda hər şey olur.
-Mövsümün əvvəlində keçirilən yoxlama görüşlərində, demək olar, hər oyunda qol vururdun, lakin çempionatda bu baş vermir və hələ də ehtiyat skamyada əyləşirsən. Bu nə ilə bağlıdır? Pis fiziki formayla? Yoxsa...?