"İnter”in hücumçusu Girt Karlson futbol üzrə Azərbaycan Kubokunun "Xəzər Lənkəran”la final oyunundan (1:1, 2:4 - pen.) sonra suallarını cavablayıb. - 90 dəqiqə siz ehtiyat oyunçular skamyasında oturdunuz. Kənardan oyun sizə necə görünürdü? - Oyun kifayət qədər əsəbi alındı. Oyunun əvvəlində rəqibin azca üstünlüyü vardısa, bizdə hər şey alınmırdı. İkinci hissədə daha yaxşı oynamağa başladıq. Əlbəttə, finalda məğlubiyyət acıdır. - Sizi meydana əlavə vaxtın birinci hissəsində buraxdılar. Buraxılmış qoldan sonra. Cəmi beş dəqiqə sonra siz hesabı bərabərləşdirdiniz. Belə tez qol vuracağınızı düşünürdünüz? - Əlbəttə gözləyirdim. Axı hücumçu məhz qol vurmaq üçün meydana çıxır. - Yəqin ki, hadisələrin belə dönüşündə çox xoşbəxt idiniz? - Bir tərəfdən, təbii ki, xoş idi. Ancaq buna qədər biz qol buraxmışdıq və qol vurmağa sadəcə borclu idik. - Komandanızın finalda oyununu necə qiymətləndirirsiniz? -Ancaq yenə də, oyunun əvvəlində təxmin etdiyimizə rəğmən bizdə hər şey alınmırdı. Ümumilikdə isə yaxşı və ya pis oynamağımızı demək çətindir. Axı penaltilərlə də olsa, biz məğlub olduq. - "İnter”in ikinci hücumçunu meydana buraxaraq qol vurduğunu nəzərə alsaq, belə qərarın əvvəlcədən verilməsini necə hesab edirsiniz? - Bütün mövsümü belə oynamışıq. Burada hər hansı problem görmürəm. Sadəcə, əvvəlcədən istədiyimiz kimi oynamaq alınmırdı. - Finalı uduzaraq avrokuboklarda iştirakdan məhrum oldunuz... - Bu, çox kədərlidir. - Sizcə "İnter”in mövsümdə uğursuz çıxışının kökü nədədir? - Bilmirəm. Bunu bilsək, problemi çözərdik. Ancaq özümüz də nəyin düz olmadığını bilmirik. - Gərgin qrafik öz təsirini göstərə bilər? Axı komandanız mövsümün ortasında "Birlik Kuboku”nda iştirak etdi.
- Bu barədə nəsə danışmaq istəməzdim. Əgər yorğunluq vardısa da, "Birlik Kuboku”ndan sonrakı bir-iki oyunda olub. Düşünmürəm ki, bu, oyunumuzda xüsusilə özünü göstərsin. Mənbə azerisport.az
|