"İnter”Peşəkar İdman Klubunun Prezidenti Georgi Niklov Avropa.az internet radiosunda "Futbol Taym” verilişinin qonağı oldu.Verilşdə "İnter” komandası və Azərbaycan futbolu haqqında sualları cavablandıran cənab Nikolov ilə söhbətimiz çox maraqlı alındı. Söhbətimizi "İnter” komandasının ÇL-nın təsnift mərhələsindəki çıxışından başlayaq.Səfərdə Polşanın "Lex” omandasını məğlub etsənizdə mərhələ adlaya bilmədiniz.Mərhələ adlamağa komandada nə çatmadı?
Bu oyunlar göstərdi ki,futbolda məğlubedilməz komanda yoxdur.Biz hələ Bakıda keçirilən oyunda bu komandanı məğlub etməli idik.Lakin ani diqqətsizlik rəqibin səfərdə qələbə qazanmasına şərait yaratdı.”İnter” komandasının Polşada qələbə qazanmasına Azərbaycanda az adam inanırdı.Lakin komandamız səfərdə gözəl futbol sərgiləyib "Lex”i məğlub etməyi bacardı,amma 11 metrlik cərimə zərbələrində bəxtimiz gətirmədi.Mən belə deyərdim,ilk oyunda özünəinam hissi,ikinci oyunda isə bəxt amili mərhələ adlamamağımıza mane oldu.
Unibank Premyer Liqasının dörd turundan sonra "İnter” 7 xalla turnir cədvəlinin 3-cü yerindədir.Çempionatın startı barədə nə deyə bilərsiniz?
Çempionata yaxşı başladıq,sonra bir balaca komandanın oyununda geriləmə hiss olundu.Lakin çempionat yeni başlayıb və irəlidə hələ bizi uzun marafon gözləyir.Gələcək oyunlarda "İnter” hələ öz sözünü deyəcək.
Söz düşmüşkən "Neftçi” komandası oyun barədə nə deyə bilərsiniz?
Bu oyunda futbolçular meydana arxayın çıxmışdılar.Buna görə "İnter” öz oyununu göstərə bilmədi və nəticədə rəqib qələbə qazandı.
Hal-hazırda çempionatda fasilə yaranıb.Komandanız bu fasilədən necəyararlanmağı düşünür?
Hal-hazırda "İnter” Türkiyədə qisamüddətli təlim-məşq toplanışındadır.Komandamız orada iki yoldaşlıq oyunu keçirməyə planlaşdırır.
Unibank Premyer Liqasının III-cü turunda komandanızın baş məşqçisi Kaxaber Sxadadze öz həmkarı Redniki təhqir etdiyinə görə İntizam Komitəsi tərəfindən beş oyunluq cəzalanıb.Son oyundakı məğlubiyyətdə baş məşqçinin texniki zonada olmamasının təsiri oldumu?
Bu olaya görə mən komandanın baş məşqçisinə öz etirazımı bildirmişəm.Biz onun cəzasının yüngülləşdirilməsi barədə İntizam Komitəsinə ərizə ilə müraciət etmişdik.Lakin İntizam Komitəsi qəbul etdiyi qərarı dəyişmədi.Amma həmən epizod mənim gözümün qarşısında baş verdi və mən deyərdim ki,Rednik baş məşqçimizi təxribata çəkdi.Buna baxmayaraq Sxadadze həmkarına qarşı söyüş işlətməli deyildi.Sizin sualınıza gəlincə isə,əlbəttə ki,baş məşqçinin texniki zonada olmaması komandanın oyununa təsir edir.
Gələn tur "İnter” komandası "Qarabağ”ı qəbul edəcək.Bu oyun barədə nə deyə bilərsiniz?
- Son illər "Qarabğ” komandasına qarşı oyunlarımız ağır keçir.Bu oyunda Kaxaber Sxadadzenin texnik zonada olmaması oz sözünü deyəcək.Lakin mən oyundan öncə komanda ilə görüşüb futbolçulardan qələb gözləyəcəyimi bildirəcəyəm.
- 2006-cı ildən Azərbaycandasınız.Azərbaycan futbolunda inkşaf hiss olunur?
- Təbii ki,inkşaf var.Azərbaycan çempionatı daha maraqlı keçir,çempion komandanın adına son turlarda aydınlıq gəlir.Bundan əlavə futbol kliubları peşəkarlaşıb və hər futbol klibunu nəznində uşaq məktəbləri fəaliyyət göstərir.Mən ümid edirəm ki,uşaq məktəblərinin fəaliyyətinin bəhrəsini futbol klubları bir neçə ildən sonra görəcək.
- Əvəzedici heyətdə əsas komandaya kömək edə biləcək futbolçular var?
- Bu il biz əvəzedici heyətdə gəncləşdirmə apardıq.Hal-hazırda əvəzedici heyətimiz 1993-cü il təvəllüdlü gənclərdən komplektləşib.Lakin mən ümid edirəm ki,onlar bir-iki ilə yüksək dəstə komandalarda iştrak edə biləcəklər.
- Yanvar ayında "İnter” komandası ölkəmizi "Birlik Kubokun” turnirində təmsil edəcək.Bu turnir komandanız üçün nə qədər önəmlidir və turnirdə əsas heyətlə iştrak edəcəksiniz?
- Komandamız üçün "Birlik Kuboku” turniri heç də əhəmiyyətsiz turnir deyil.Düzdür bu turnir komandalar üçün heç də əlverişli olmayan bir vaxtda keçirilir.Bu turnirdə biz əsas heyətlə iştrak edib kuboku Azərbaycana gətirmək istəyirik.
- "Şəfa”stadionunu ot örtüyü nə vaxt dəyişdiriləcək?
- Gələn mövsüm bu məsələyə baxılacaq və ot örtüyü dəyişdiriləcək.Stadionun ot örtüyü yenə də süüni olacaq,amma yeni salınan ot örtüyü indikindən keyfiyyətinə görə fərqlənəcək.
- İnter PİK futboldan başqa hansı idman növləri üzrə qruplar fəaliyyət göstərir?
- Futboldan başqa bizdə boks,güləş,cüdo və uniboy idman növləri üzrə qruplar fəaliyyət göstəir və hər bir gənc bizə müraciət edib bu idman növlərinin qruplarına yazıla bilər.
- Azərbaycan milli komandası AÇ-2012 seçmə mərhələsinin ilk oyununda səfərdə Almaniya milli komandası ilə qarşılaşacaq.Bu oyunda milli komandamızdan nə gözləmək olar?
- Almaniya millisi qədim ənənələrə malik olan bir komandadır.Bu komanda bir neçə dəfə DÇ və AÇ qalibi olublar.Almaniya milli komandası ilə qarşılaşma Azərbaycan millisi üçün çox ağır olacaq.Buna baxmayarq mən Azərbaycan millisinə bu oyunda uğurlar arzulayıram.
- İnterfanklubunun fəaliyyətindən razısınız?
- İnterfanklubunun üzvləri az olsada keyfiyyətə görə onlar öndə gedən fanklublardan birincisidir.Əlbəttə ki,mən və bütün komanda üzvləri interfanklubunda razıdırlar və mən arzu edirəm ki,fanklubumuz daim komandanın yanında olsun və "İnter”i dəstəkləsin.
- İnterfanklubu bu günə qədər çox önəmli layihələrə imza atıb.Bu layihələrdən biri Avropa.az internet radiosunun açılışıdır.Buna münasibətinizi bilmək maraqlı olardı...
- Bu internet radionun açmaqla İnterfanklubunun rəhbərliyi məni yaxşı mənada təəcübləndirdi.Bu işdə fanklub hətta klubuda qabaqladı.Mən arzu edirəm ki,fanklub və klub arasında bu xoş rəqabət davam etsin və İnterfanklubunun rəhbərliyi internet televiziyanında açılışını etsin
|