Главная » 2011 » Oktyabr » 19 » Georgi Lomaya: Əgər yenidən ən yaxşı olmağı istəyiriksə, hamını məğlub etməliyik.
18:24 Georgi Lomaya: Əgər yenidən ən yaxşı olmağı istəyiriksə, hamını məğlub etməliyik. |
"İnter”in qapıçısı Georgi Lomaya Premyer Liqanın 9-cu turunun "Neftçi” ilə oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb. O, 1:0 hesabıyla qələbə qazandıqları səfər matçından sonra öncə bunları dilə gətirib:
- Biz öz taktikamızla, oyunumuzla göstərdik ki, qələbəyə layiqik. Bizə nəticə lazım idi. Buna da nail olduq. Meydanda sona kimi döyüşüb, istəyimizə nail olduq. - Amma komandanız ehtiyatlı oynamağa, vaxt öldürməyə daha çox diqqət ayırırdı... - Biz son ölkə çempionuna qarşı oynayırdıq. Özü də onun meydanında. Hara tələsi idik ki? Özü də belə qazonda oynamaq hamıya çox çətin idi. Xüsusilə də, biz süni örtüyə alışdığımızdan burda oynamaq daha da çətin idi. - Belə görürük ki, hətta heç-heçə də sizi qane edəcəkdi... - Biz ancaq qələbəyə oynayırdıq. Amma "Neftçi” ilə səfərdə heç-heçə də istənilən komanda üçün pis nəticə sayılmamalıdı. - Son turda "Xəzər Lənkəran”a da eyni aqibəti yaşatmışdız... - Hər şey qanunauyğundu. "İnter” bu qələbələrə layiq idi. Biz iki il öncə çempion olanda da oxşar ssenari var idi. Əgər yenidən ən yaxşı olmağı istəyiriksə, hamını məğlub etməliyik. - Özünüzü çempionluğa hazırlayırsız? - Çempionluğa gedirik. Amma çətin olacaq. Premyer Liqada güclü komandalar çoxdu. - Növbəti turda sizi "Qəbələ” gözləyir... - "Qəbələ” bu mövsüm yüksəlişdədi. Bu oyun da "Xəzər Lənkəran” və "Neftçi” ilə qarşılaşmalardan fərqlənməyəcək. Ciddi hazırlaşacağıq.
|
Категория: Müsahibələr |
Просмотров: 368 |
Добавил: defaultNick
| Рейтинг: 0.0/0 |
|