"Sumqayıt Şəhər" üzərində çətinliklə qələbə qazandıq. AZAL-la oyun bizim üçün çox vacibdir. AZAL-la "Sumqayıt Şəhər"i eyni səviyyəyə qoymaq olmaz. Ən azından növbəti turdakı rəqibimiz Avrokubokların iştirakçısıdır. AZAL "Kəpəz"lə oyunda məğlub oldu. İndi onlara da xal lazımdır. Biz də geri çəkilən deyilik.
Hədəfimiz çempionluqdur. Məqsədimizə çatmaq üçün xal itirməməliyik. Bizi çətin və gərgin oyun gözləyir".
Bu sözləri "İnter"in gənc üzvü Elnur Abdulov Premyerliqa.az-a açıqlamasında deyib.
Sol cinah yarımmüdafəçisi baş məşqçi Kaxaber Sxadadzenin ötən illə müqayisədə cari mövsüm yerlilərə daha çox üstünlük verdiyini deyib:
"Baş məşqçimiz yerli futbolçulara inanır və bizdən çox şey gözləyir. Mən də əlimdən gələni edirəm ki, onun etimadını doğruldum. Çalışıram ki, baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirim. Hələ ki, oyunum pis alınmır. AZAL-la da qarşılaşmada özümü yaxşı tərəfdən göstərməliyəm. Ümumiyyətlə, güclü komandalara qarşı oynayarkən məndə stimul yaranır. Əvvəl ilk "altılıq"a düşmək vəzifəsinin öhdəsindən gəlməklə yanaşı, çempionluq mübarizəsindən də geri qalmamalıyıq. İstəyirik ki, AZAL-la oyunda qalib gəlib xalımıza 12-ə çatdıraq"
|