Artıq bir ildən çoxdur ki agligoylu.tk saytı sizin ixtiyarınızdadır.Bu saytın başlıca məqsədi "İnter” haqqında bütün xəbərləri bir yerə toplayıb azarkeşlərə təqdim etməkdir.Digər saytlardan əldə etdiyimiz xəbərlərlə yanaşı öz gənc redaktorlarımızın köməyi ilə oyunçulardan eksklüziv müsahibələr və klub xəbərlərini də işıqlandırmağa eləcə də köşa yazıları və araşdırmalarda aparmağa da çalışmışıq. Lakin sayt redaktorlarımızın müəyyən səbəblərdən saytımızı tərk etməsi saytımızda ciddi təsir edib.
Belə ki redaktorumuz Rauf vətən borcunu vermək üçün.Elvin Əkbərov isə futbol kariyerası və aşağı yaş qrup milliyə çağırılma səbəbindən və Vüsalə Əliyevanın isə ailə qurması ilə əlaqədar olaraq saytımızdan ayrılması məcburiyyətində qaldılar.Hal hazırda sayt Oktay Ağazadə və Fariz Xəlilin səyi nəticəsində fəaliyyət göstərir.
İndi onların yerinə redaktorlar jurnalist və analitiklərə ehtiyacımız var.Tələb olunan kriteriyalar.
1.Azərbaycan Rus dillərini təmiz bilməli.İngilis dilində bir az da olsa bilməli 2.İnternet də işləmə qabiliyyəti yüksək olmalı 3.Futbol anlayışı yüksək səviyyədə olmalı. 4.Səmimi və əməktaşlığı bacarmalı. 5.Ən vacibi "İnter”ə azarkeşlik etməli və ya da komandaya simpatiyası olmalıdır.
Bu saydığımızlar sizdə cəmləşibsə buyurun bizimlə əlaqə saxlayın və saytımızın daha da inkişaf etməsinə dəstək olun. Əlaqə üçün email: agligoylu@box.az
|