Sloveniyada kı təlim məşq toplantısı necə keçdi?Təlim məşq toplantısı çox yüksək səviyyədə keçdi.Tapşırıqlar çox yüklü və maraqlı idi.Keçirdiyimiz yoldaşlıq oyunlarında güclü rəqiblərlə qarşılaşdıq.Düşünürəm bu daha yaxşı variantdır ki yeni sezona yaxşı adaptatsiya olsan.Mənim ən çox xoşuma gələn oyun isə "Antaliyaspor"ilə oyun oldu.
Bildiyin kimi komandadan bir çox oyunçular getdi amma sənin gənc olmağına və az oyun keçirməyinə baxmayaraq sen heyyətdə qaldın bu nə ilə əlaqədardır?
Bu suala hər halda klubun baş məşqçisi daha yaxşı cavab verə bilər.
Hal hazırda komanda da yerli oyunçular üstünlük təşkil edir və senin mövqeyində güclü rəqabət var.Sənin fikrincə ilk 11liyə düşə biləcəksən bu sezon?
Bu haqda bir şey demək çətindir.Düzdü indi heyyətimizdə bir neçə güclü Azəri oyunçular var mənə bir tək şey qalır onlarla mübarizə aparıb əsas heyyətə düşmək.Bunu daha dəqiq baş məşqçi deyə bilər amma inanıram ki mən artıq ehtiyat sakmyasından oyunları izləməyəcəm.Baş məşqçi imkan versə meydanda nəyə qadir olduğumu sübut edəcəm.
Bu sezon "İnter"necə oyun sərgiləyəcək və nəyə nail olacaq?
"İnter" Bakı deyən kimi ağıla nə gəlir.Çempionluq və Azərbaycan Kuboku başqa heç nə.İnter hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb və aparacaq.
"İnter"sənin üçün nə deməkdir?