Unibank Premyer liqasının XI-ci turunda keçirilən "Simurq” və "İnter” komandalarının qarşılaşmasından sonra zaqatalıların heyətində icarə əsasında top qovan "İnter” komandasının üç futbolçusu Paulius Paknis,Tofiq mikayılov və Baçana Sxadadze "Simurq” komandasının heyətindən kənarlaşdırılıblar.”Simurq”un heyətindən kənarlaşdırılan futbolçulardan biri Baçana Sxadadze bu olay barədə açıqlama verib. "Oyuna bir neçə gün qalmış mən baş məşqçi Qoyko Hacıyevski ilə görüşüb bu qarşılaşma barədə fikir mübadiləsi aparmışdıq.O,məni anladığını və qəbul etdiyim qərara hörmətlə yanaşacağını bildirdi.Belə olan halda mən baş məşqçinin nəzərinə çatdırdım ki,”İnter” komandasında maaş aldığımı və iki aydan sonra "İnter”ə qayıdacağımı nəzərə alıb bu oyuna iştrak etmək istəmirəm.Məndən sonra Paulius Paknis və tofiq Mikayılov da bu qarşılaşma barədə baş məşqçi ilə söhbət ediblər.Qoyko Hacıyevski bizi anladığını və bu məsələdə bizim heç bir problemimizin olamadığını bildirdi. Bundan sonra hər üçümüzün adı oyunun iştrak ərizəsinə salınmadı və baş məşqçi yenə də bizə bir daha heç bir problem olmadığını bizim nəzərimizə çatdırdı.Lakin dünən axşam "Simurq” komandasının rəsmi saytında hər üçümüzü işimizə peşəkar yanaşmadığı üçün komandadan kənarlaşdırıldığımız barədə məlumat yerləşdirildi.Axı bu necə ola bilərdi,biz baş məşqçi ilə söhbət etmişdik və o də bizə heç bir problem olmayacağını demişdi. Dərhal Qoyko Hacıyevskiyə zəng vurdub onun niyə belə etdiyi ilə maraqlandım.Cavabında baş məşqçi hər üçümüz ilə bu gün görüşəcəyini bildirdi.Lakin qərar qəbul edildikdən sonra bizimlə görüşməyin mənasız olduğunu Hacıyevskiyə bildirdim. Ən çox mənim xətrimə klubun prezidentinin "komandadn qovulublar” kəlməsini işlətməsidir.Axı biz heç kimi aldatmamışıq və öz fikrimizi oyuna bir neçə gün qalmış baş məşqçiyə çatdırmışıq.Dünyanın hər bir ölkəsində belə bir olaya rast gəlmək olar.Hər üçümüz "simurq” komandasında oynadığımıza baxmayaraq maaşımızı "İnter” komandasından alırdıq.Məhz buna görə oyuna köklənmək və artıq söz-söhbətin olmaması üçün bu qarşılaşmada oynamaqdan imtina etdik. Mən meydana çıxsaydım və oyunum alınmasaydı məni bilərəkdən zəif çıxış etdiyimi mənə iradc tutacaqdılar.İnanın ki,bir çoxları bu kəlmələri mənə deyib məni ittiham edəcəkdilər.Belə söz-söhbətin olmaması üçün hər üçümüz "İnter” komandasına qarşı oynamaq istəmədik.Bunun atama qarşı oynamaq istəmədiyim ilə əlaqələndirmək lazım deyil.Sadəcə öz komandamıza qarşı mübarizə aparmaq insani cəhətdən də düz addım deyildi. Hər halda mənim vicdanım təmizdir.İki ay oyun praktikasından məhrum olsam da qəbul etdiyim qərara görə peşman deyiləm.Qış fasiləsinə qədər oyunlarda iştrak edə bilməsəm də artıq "İnter” komandasının məşqlərinə qoşulmuşam.Həvəsdən düşmürən və komandamın əsas heyətinə düşmək üçün öz üzərimdə işləyirəm.”Simurq” komandasına qarşı oyun mənim üçün xüsusi önəm kəsb edəcək.İkinci dövrədə keçirələcək oyunda mənə meydana çıxmağa şans verilsə bu komandanı cəzalandırmağa çalışıcağam”.
mənbə interfan.az
|