Tam adı: PAE Asteras Tripoli Ləqəbi: "Sarı-mavilər”,”Qalaktikos” Yaranma tarixi: 1931-ci il Təmsil etdiyi şəhər: Tripoli Stadionu: Yeni Asteras Tripolis stadionu (15 min yerlik) Prezidenti: Georgos Borovilos Baş məşqçisi: Sakis Tsiolis Çıxış etdiyi liqa: Yunanıstan superliqası Ötən mövsüm tutduğu yer: 6 Rəngləri: sarı (ev),mavi (səfər),ağ (üçüncü forma) Nailiyyətləri: yoxdur Avrokuboklarda göstəriciləri: indiyədək iştrak etməyib
"Asteras” yerli məhkəmənin qərarı ilə 1931-ci ildə yaradılmışdır.Klubun ofisi dəmiryolu stansiyasının yaxınlığında yerləşirdi.Ancaq qeyri-müəyyən səbəblərə görə növbəti il "Asteras” fəaliyyətini müvəqqəti dondurur. Komanda fəliyyətini donduran vaxt Tripolidə Minas Tsavdaris adlı bir şəxs rəngi ağ-göy olan "Keramikos” adlı komanda yaradır.Ancaq bu komanda rəsmi şəkildə heç vaxt tanınmır.Belədə Tsavdaris 1938-ci ildə "asteras”ın adından yararlanır və "Keramikos” "Asteras”a çevirilir.Hətta 1939/1940 çempionatında "Asteras” Tripolinin digər klubları olan "Aris”,AEK və "Olimpiada” kimi yüksək erlər uğrunda oynayırdı.İkinci Dünya Müharibəsi illərində "Asteras” bir çoxları kimi fəaliyyətini dayandırır. 1947-ci ildə bu komanda "Neos Asteras” adı altında fəliyyətini bərpa edir.1957-1962-ci illər aralığında "Asteras” Futbol Klubları Birliyində mübarizə aparır və beş dəfə çempion adını qazanır.1963-cü ildə "Asteras” "Ari-Atromito” ilə birləşir və bunun nəticəsində AOT adlı yeni klub yaranır.AOT komandası 5 il fəaliyyət göstərir və 1968-ci ildə tarixin yaddaşına köçür. İndiki "Asteras” isə 1978-ci ildə yaradılır.Bu komanda gənc futbolçu yetişdirmək baxımından ölkəsinin ən yaxşı komandası sayılır.Məhz buna görə Tripolidə bu komandanı "Qalaktikos” kimi tanıyırlar.2001-ci ildən 2006-cı ilin noyabr ayına qədər evdə məğlubedilməz olan "Asteras”həçən mövsüm superliqaya vəsiqə qazanır.”Sarı-mavilər” debüt oyununda "Panatinaikos”u 1:0 hesablə məğlub edirlər.Bundan əlavə superliqanın debütantı evdə Yunanıstanın nəhəngləri "Olimpiakos” və "AEK” komandalarını məğlub edib bir çoxlarını heyrətləndirir.Bu vaxta qədər "Asteras”ı braziliyalı Paolo Kampoş,prtuqaliyalı Karloş Karvalyal və Nikos Kostenoğlu çalışdırıb.2008-ci ildə komanda azarkeşlərin sevimlisi Mario Qomeşə tapşırılır.Mario Qomeşin rəhbərliyi altına "Asteras”ilk dəfə Avrokubaklara düşməyə çox yaxın olur.Lakin AEK komandasına 2:0 hesablı məğlubi olan "Asteras” çempionatı 7-ci yerdə bitirir.”Asteras”ın uğurlu çıxışı nəticəsində komandanın futbolçuları çempionatın başqa komandalarının diqqət mərkəzinə düşür.Məsələn,komandanın aparıcı hücumçusu argentinalı Lusio Filomeno PAOK-a transver olunur. Ötən ildən "Asteras” Sakis Tsiolisə tapşırılır.Tarixi ərzində ilk dəfə Avrokuboklara vəsiqə qazanan "Asteras”superliqanı 6-cı yerdə bitirib.Bu komandanın daxili çempionatda ən yüksək göstəricisidir.Bu yer "Asteras”ın Avroliqada çıxışı üçün yetərli deyildi.Çempionatın nəticələrinə əsasən "Panatinaikos” Çempionlar Liqasında,AEK.”Atromitos” və PAOK Avroliqada mübarizə aparmaq hüququ qazanmışdı.Ancaq AEK komandasının futbolçulara olan borcu üzündən UEFA bu komandanı cəzalandırıb Avroliqada iştrak etməkdən mərhum etdi.Məhz buna görə də ölkə kubokunun yarımfinalçısı "Asteras” Avroliqaya vəsiqə qazandı.
|