Ölkəmizi Avropa Liqasında təmsil edəcək Bakının "İnter” klubu transfer çalışmalarını davam etdirir. Sloveniyada təlim-məşq toplanışını davam etdirən "İnter" baxışa bir futbolçu dəvət edib. Daniel Ola adlı nigeriyalı futbolçu ampluaca mərkəz müdafiəçidir.Fiziki göstəriciləri yüksək olan Ola 187 sm boya malikdir. 29 yaşlı oyunçu karyerası ərzində tanınmış klubların formasını geyinib. ”Latsio”, "Kievo” kimi məşhur klubların aşağı yaş qruplarında yetişən Ola 2005-2008-ci illər mövsümündə "Çezena”nın da şərəfini qoruyub. Futbolçunun sonuncu komandası isə Latviya çempionatında mübarizə aparan "Yurmala" olub. Qeyd edək ki, Daniel Ola dünəndən etibarən "İnter" in düşərgəsinə qoşulub.