Avroliqaya Sloveniyada hazırlaşan "İnter” transfer çalışmalarını da davam etdirir. Sportal.az xəbər verir ki, "bankirlər" Abdulaye Bryusun ardınca "Mets"in daha bir oyunçusu ilə anlaşmağa yaxındı. Belə ki, paytaxt klubu dayaq yarımmüdafiəçisi Lüdovik Querreyronun xidmətində maraqlıdı. Kaxaber Sxadadze 27 yaşlı fransızı İbrahim Niasse ilə alternativ görür. O, dayaq yarımmüdfaəiçisi mövqeyində qeyri-sabit çıxış edən seneqallıya avrokuboklarda arxayın olmadığı üçün bu transferin gerçəkləşməsini istəyir. Qeyd edək ki, 2010-cu ildən "Mets"də çıxış edən Lüdovik karyerasını "Nansi"də başlayıb. Beş il bu komandanın şərəfini qoruduqdan sonra "Raon-Etape"yə keçib. Daha sonra isə "Ayaçço"da özünü göstərib
Mənbə:agligoylu.tk
|