Bu gün futbol üzrə həvəskarlar arasında Bakı çempionatının yarımfinal oyunları keçirildi.Oyunun ilk görüşü Binə qəsəbəsinin "Binə" komandası və Nəsimi rayonunun "Səma" komandaları arasında keçirildi.Birinci hissənin son dəqiqələrində hesabı açan "binə" komandasının futbolçuları,ikinci hissədə daha bir qol vurub 2:0 hesablı qələbə qazandı. İkinci finlaçının adına "İnterfan Zabrat" və "Şakolad Fabrikası" komandalarının oyunundan sonra aydınlıq gələcəkdi.Maraqlı idman mübarizəsi şəraitində keçən qarşılaşmada "İnterfan Zabrat" komandası 1:0 hesablı qələbə qazanıb çempionatın finalına adladı. Qeyd edək ki,final oyunu iyun ayının 23-də Zabrat qəsəbə stadionunda "İnterfan Zabrat" və "Binə" komandaları arasında keçiriləcək.
|