Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi həvəskar komandalar arasında keçirilən Bakı çempionatının final oyunu bu gün keçirildi.Zabrat qəsəbə stadionunda keçirilən final oyununda "İnterfan-Zabrat” və "Binə” komandaları qarşılaşırdılar. Qarşılaşmanın ilk 15 dəqiqəsi qonaq komandanın üstünlüyü şəraitində keçsədə tədricən oyunu mərkəzə doğru çəkən "fanatlar” rəqib qapısı qarşısına həmlələr etməyə başladılar.Birincə hissədə hər iki komandanın səylərinə baxmayaraq oyunda hesab açılmadı.
İkinci yarıya "İnterfan-Zabrat” daha aktiv başladı.Meydanda daha fəal olan "fanatlar” istəklərinə qarşılaşmanın 68-ci dəqiqəsində çatdılar.Cərimə zərbəsindən göndərilən topu Polad Kərimov gözəl daban zərbəsi ilə qapıdan keçirtdi.Qarşılaşmanın qalan dəqiqələrində "Binə” komandası hesabı bərabərləşdirmək cəhddi fayda vermədi və "İnterfan-Zabrat” komandasının çempionluğu rəsmiləşdi
|