Bakının "İnter” klubu Azərbaycan futbolunun tarixinə düşüb. Bankirlər” avrokuboklar tarixində Azərbaycan klublarının ən böyükhesablı qələbəsini qazanıb.
Kaxaber Sxadadzenin drujınası Avropa Liqasının I təsnifat mərhələsinin Estoniya "Trans”ı ilə ilk oyununda meydan sahiblərinin qapısına 5 cavabsız qol vurub. Bu isə avrokuboklar tarixində rekordumuzdur.
İndiyədək əlavə vaxtda əldə olunan darmadağını da saysaq indiyədək klublarımız 4 dəfə belə uğura imza atmışdı. Yalnız "Şəmkir” və "Qarabağ”ın nailiyyətini təkrarlayan "İnter” 5-ci darmadağınımızın müəllifi oldu.
"Qarabağ”ın 4:0-lıq rekordunu yeniləyən "İnter” 5-ci böyükhesablı qələbəni 5 cavabsız qolla qazandı.
|