Bu gün Avropa Liqasının birinci təsnifat mərhələsində "İnter” Estoniyanın "Narva Trans” komandasını qəbul edirdi.”Bankirlər”in səfərdən 5:0 hesablı qələbə ilə döndüklərini nəzərə cavab qarşılaşması formal xarakter daşıyırdı.İlk oyunla müqaisədə "İnter”in heyətində iki dəyişiklik edilmişdir.Xəstələnən Georgi lomayanın əvəzinə çərçivəni Revaz Tevdoradzeyə həvalə edən Kaxaber Tsxadadze,müdafiənin solunu Ruslan Əmircanova həvalə etmişdi. Oyuna gəldikdə isə qarşılaşma tam olaraq "İnter”in ərazi üstünlüyü şəraitində keçdi.İlk hissədə "bankirlər” meydanda ağalıq edən tərəf olsalarda cəmi bir dəfə estonları məyus edə bildilər.Oyunun 21-ci dəqiqəsində hesabı "İnter”in yeni transveri Slavço Georgiyevski açdı.İlk yarının qalan dəqiqələrində azarkeşlər qol görmədilər və komandalar fasiləyə "inter”in minimalhesablı üstünlüyü ilə yollandılar.İkinci hissədə topa daha çox nəzarət edən tərəf "bankirlər” olsalarda "Narva Trans” komandasının futbolçuları böyükhesablə məğlub olmamaq üçün hamılıqla müdafiə olunurdular.Lakin buna baxmayaraq "İnter” ikinci dəfə də azarkeşləri ayağa qaldıra bildi.Qarşılaşmanın 86-cı dəqiqəsində meydan sahiblərin qurduğu gözəl kombinasiyanı Nizami Hacıyev məntiqi sonluğa çatdırdı və oyun "İnter”in 2:0 hesablı qələbəsi ilə nəticələndi.
İki oyunun nəticəsinə görə "İnter” Avropa Liqasında mərhələ adladı.Avropa Liqasının ikinci mərhələsində komandamızın rəqibi Yunanıstanın "Asteras Tripolis” komandasıdır.
Mənbə:interfan.az
|