"İnter”in sabiq futbolçusu Portuqaliya klubuna keçdi.Mövsüm başa çatandan sonra Bakının "İnter” klubu ilə yollarını ayıran Danildo Assioli özünə yeni klub tapıb. Qol.Az-ın məlumatına görə, braziliyalı müdafiəçi karyerasını Portuqaliya çempionatında davam etdirəcək. Assioli Portuqaliyanın II liqasında çıxış edən "Santa Karla” klubu ilə müqavilə bağlayıb. Qeyd edək ki, Assioli 2006-2008-ci illərdə bu klubda çıxış edib. 2009-cu ildə "İnter”ə "Santa Karla”dan keçən braziliyalı 2012-ci ilə qədər ölkəmizdə 61 oyun keçirib və 3 qola imza atıb. O, "bankirlərin” heyətində Azərbaycan çempionu adını da qazanmağa imkan tapıb. Mənbə:agligoylu.tk
|