Avroliqanın II təsnifat mərhələsində "İnter"in rəqibi olan Yunanıstanın "Asteras"
klubu heyətinə yeni oyunçu cəlb edib. Sportal.az xəbər verir ki, "Asteras"
"Aris"in seneqallı müdafiəçisi
Xəlifə Şankarla münasibətləri rəsmiləşdirib. Tərəflər arasında bir illik müqavilə imzalanıb. Şankar yeni komandasında 19 nömrəli formanı geyəcək. Lakin o, "İnter"lə cavab matçında çıxış edə bilməyəcək.
Buna səbəb
isə onun "bankirlər"lə oyuna sifariş olunmamasıdı.
|