Xəbər verdiyimiz kimi, bu gün komandamız Avstriyanın "Kapfenberq" klubuyla yoldaşlıq matçı keçirməli idi.
Görüş Avstriyanın Ştiriya federal torpağının əyalət mərkəzi olan Maria-Lankovits şəhərciyində baş tutdu. Qarşılaşma 1:0 hesabıyla "Kapfenberq"ın xeyrinə başa çatdı. Avstriyalıların heyətində 75-ci dəqiqədə Armin Masoviç fərqləndi.
Qeyd edək ki, Kaxaber Tsxadadzenin yetirmələri Sloveniya toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyunun 21-də keçirəcək.