Главная » 2012 » May » 16 » “İnter” iki ölkə arasında seçim edəcək
21:15
“İnter” iki ölkə arasında seçim edəcək
Ölkəmizi Avropa Liqasında təmsil edəcək "İnter”in təlim-məşq toplanışının ikinci mərhələsini keçəcəyi ölkənin adı məlum olub.
"Bankirlər”in meneceri Səbuhi Səfiyarlının verdiyi məlumata görə, bu, ya Avstriya, ya da Sloveniya olacaq: "Hər iki ölkəyə səfər edəcəyik və oradakı şəraitə baxacağıq. Daha sonra isə, konkret seçim edəcəyik”.
Qeyd edək ki, "İnter” hazırlığın birinci mərhələsini Türkiyədə keçəcək.